Qadın millimiz Macarıstana məğlub oldu

saytların hazırlanması

Evə çatdırılma

Qadın millimiz Macarıstana məğlub oldu

İdman

05 İyun 2026 20:22 102


Azərbaycanın qadın futbolçulardan ibarət millisi dünya çempionatının seçmə mərhələsində növbəti matçını keçirib.

"Yeni Sabah" xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv Macarıstan yığması ilə qarşılaşıb.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüş rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan millisindən 74-cü dəqiqədə Xanım Əsədova fərqlənib. Marqarita pizza

Qeyd edək ki, C Liqasının 3-cü qrupunda yer alan milli daha əvvəl baş tutan matçlarda evdə və səfərdə Andorranı (3:1 2:0), həmçinin Bakıda Şimali Makedoniyanı (2:0) məğlub edib. Yığma səfərdə Macarıstana 0:1 hesabı ilə uduzub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!