“Qala Qəbələ”də biabırçılıq üzə çıxdı: Saxta araq və...

saytların hazırlanması

Evə çatdırılma

“Qala Qəbələ”də biabırçılıq üzə çıxdı: Saxta araq və...

Hadisə

07 Sentyabr 2026 13:08 110


Bakının Binəqədi rayonunda fəaliyyət göstərən “Qala Qəbələ” ictimai iaşə müəssisəsində qida təhlükəsizliyi sahəsində bir sıra ciddi nöqsanlar aşkarlanıb.

"Yeni Sabah" xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Mir Cəlal küçəsi, 105 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Bərxudarov Nəsir Adil oğluna məxsus müəssisədə plandankənar yoxlama keçirib.

Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi və sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Dominos pizza

Belə ki, istehlakçılara təqdim olunan 12 ədəd 0,5 litrlik “Banketnaya” əmtəə nişanlı araq məhsulunun saxta olduğu aşkarlanıb.

Bundan başqa, müəssisədə istifadə edilən ət məhsullarının müşayiətedici sənədlərinin olmadığı, mənşəyi məlum olmayan turşu məhsullarından istifadə edildiyi və çiy tərəvəzlərin qida təhlükəsizliyi tələblərinə uyğun olmayan şəraitdə saxlanıldığı müəyyən olunub.

Yoxlama zamanı həmçinin zərərvericilərə qarşı mübarizə üçün zəruri şəraitin yaradılmadığı, temperatur monitorinqinin aparılmadığı və texnoloji ardıcıllıq prinsipinə əməl edilmədiyi üzə çıxıb.

Müəssisədə avadanlıqların çirkli vəziyyətdə saxlanıldığı, təmizlik işlərinə dair müvafiq cədvəllərin olmadığı da müəyyən edilib.

Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib olunub. Mətbəxdə istehlaka hazır qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə göndərilib.

Aşkar olunmuş uyğunsuzluqlar aradan qaldırılanadək müəssisənin fəaliyyətinin dayandırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlər görülüb.

AQTA tərəfindən ictimai iaşə müəssisələrində qida təhlükəsizliyi tələblərinə əməl olunmasına nəzarət tədbirləri davam etdirilir.

Aytac Əliyeva


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!