İşəgötürənlər tərəfindən 2023-cü ilin yanvar-aprel ayları ərzində ödənilməsi gecikdirilən 161 min manatdan çox məbləğdə ödənclər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən görülən tədbirlər nəticəsində işçilərə ödənilib.
Yenisabah.az xəbər verir ki, həmin vəsaitin 96,7%-i əmək haqları, qalan hissəsi isə zərərə görə ödənclər, müavinət və kompensassiyalar olub.
DƏMX əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilən 32 işçinin yenidən əvvəlki işlərinə bərpa olunmasına nail olub. pizza hut
Onlarla bağlı yol verilmiş qanun pozuntularının aradan qaldırılması təmin edilib.
Telegram kanalımız