Qapıçını təhdid edib 3 qol vurdular

saytların hazırlanması

Evə çatdırılma

Qapıçını təhdid edib 3 qol vurdular

İdman

15 Sentyabr 2026 17:50 96


Boliviya çempionatında keçirilən "Quabira" – "Olvays Redi" (0:6) matçında beynəlxalq futbol ictimaiyyətini sarsıdan hadisə yaşanıb.

“Yeni Sabah” xəbər verir ki, qonaq komandanın qapıçısı Manuel Ferrel ilk 35 dəqiqədə qapısından 3 qol buraxdıqdan sonra dərhal əvəzlənməsini tələb edib.

Oyundan sonra təşkil edilən mətbuat konfransında baş məşqçi Leonardo Egues şok faktları açıqlayıb. O bildirib ki, oyundan əvvəl naməlum şəxslər qapıçının həyat yoldaşını və anasını öldürməklə hədələyərək ondan pul və ya matçda ən azı 3 qol buraxmağı tələb ediblər. Dördpendirli pizza

Gərginlik səbəbindən komandanın hücumçusu Viktor Abreqo da göz yaşları içində əvəzlənməsini istəyib.

Baş məşqçi Leonardo Egues hadisəyə sərt reaksiya verərək futbolun ləkələndiyini vurğulayıb:

"Futbolu çirkləndirdilər. Bu gün mənim qapıçımı, onun həyat yoldaşını və anasını öldürməklə hədələyiblər. Qapıçım bunu meydanda deyə bildi. Məsul şəxsləri tapın və cəzalandırın, bu qədər də olmaz!"

Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılması tələb olunur.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!