Qarabağ müharibəsi əlili övladlarına 400 manatlıq güzəşt -   Nazirlik açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Qarabağ müharibəsi əlili övladlarına 400 manatlıq güzəşt - Nazirlik açıqladı

Sosial

21 Sentyabr 2026 15:21 658


Atası I Qarabağ müharibəsi əlili olmuş və hazırda MMC-də çalışan şəxslərin vergi güzəştlərindən yararlanıb-yararlana bilməyəcəyi ilə bağlı sualına aydınlıq gətirilib.

Bu barədə "Yeni Sabah"a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilib ki, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin (şəhid statusu almış şəxslər istisna olmaqla) dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır. Toyuqlu pizza

Qeyd olunub ki, güzəşt hüququ Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş sənədlər siyahısında nəzərdə tutulan sənədlərdən birinin şəxsin əsas iş yerinə təqdim edildiyi andan tətbiq olunur.

Vergi Xidmətindən bildirilib ki, güzəştdən yararlanmaq üçün şəxsin valideyninin həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçü olması müvafiq orqanlar tərəfindən verilmiş sənədlərdə və ya arayışlarda göstərilməlidir.

Beləliklə, sözügedən güzəşt məhz həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin övladlarına şamil edilir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!