Qarabağda teleradio  stansiyalarının sayı 15-ə çatdırılacaq

saytların hazırlanması

Evə çatdırılma

Qarabağda teleradio stansiyalarının sayı 15-ə çatdırılacaq

Sosial

06 Mart 2023 11:38 498


Hazırda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 6 teleradio yayımı stansiyası fəaliyyət göstərir və bu rəqəmin 15-ə çatdırılması nəzərdə tutulur.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bunu Füzuli Beynəlxalq Hava Limanında keçirilən Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə işçi qrupunun iclasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.

"Hazırda movcud stansiyalar vasitəsi ilə 11 televiziya və 7 radionun yayımı həyata keçirilir. Bu sahədə əhəmiyyətli layihələrdən biri olan Şuşa şəhərindəki 130 metr hündürlüyə malik teleradio qülləsinin layihələndirilməsi tamamlanıb və layihənin yaxın günlərdə ekspertizadan keçəcəyi gözlənir. Bu işlər bitdikdən sonra layihənin birbaşa icrasına başlanacaq", - deyə o qeyd edib. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!