“Qarabağ“la matçdan sonra toparlanmağa çalışdıq“  - “Nant“ın futbolçusu

“Qarabağ“la matçdan sonra toparlanmağa çalışdıq“ - “Nant“ın futbolçusu

İdman Veb saytların hazırlanması

19 Sentyabr 2022 15:57 950


"Nant"ın futbolçusu Andrey Cirotto Avroliqanın qrup mərhələsində "Qarabağ"a uduzduqları oyunu xatırlayıb.

Yenisabah.az xəbər verir ki, o, Fransa Liqasının 8-ci turunda "Lans"la keçirilən matçdan (0:0) sonra yerli mətbuata açıqlamasında bu barədə deyib: 

"Vacib xal qazandıq. "Qarabağ"la matçdan sonra toparlanmağa çalışdıq. Artıq irəli baxmaq lazımdır. Hər iki kollektiv yaxşı oynadı. Evdə qalib gəlmək istəyirdik. Bu komandaya qarşı bir xal qazanmaq yaxşı nəticədir".

Xatırladaq ki, "Qarabağ" qrup mərhələsinin 2-ci turunda Bakıda "Nant"ı 3:0 hesabı ilə məğlub edib. Komandalar arasında digər görüş oktyabrın 27-də Fransada olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!