Qaz sayğacına qanunsuz müdaxilə aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Qaz sayğacına qanunsuz müdaxilə aşkarlandı

Sosial

23 Aprel 2023 11:42 718


Sabunçu rayonu, Bakıxanov qəsəbəsində sakinlərin qaz sayğacına edilən qanunsuz müdaxilələri aşkar edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Qanunsuzluq Mehriban Mehdiyevaya və Allahyar Əliyevə məxsus fərdi yaşayış evlərində aşkar edilib. Sezar pizza

Kənar müdaxiləyə məruz qalan hər 2 fərdi yaşayış evinin sayğacları laboratoriyada yoxlanılması üçün Birliyin Metrologiya Departamentinə gətirilib. Abonentlərin razılığı ilə ilk olaraq sayğaclara vizual baxış keçirilib və qanunsuz kənar müdaxilə halı təsdiq olunub.

SOCAR “Azəriqaz” bir daha abonentləri qaz sayğaclarına edilən qanunsuz kənar müdaxilələrdən uzaq durmağa çağırır. Əks halda qanun çərçivəsində tədbirlər görüləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!