Qazaxdakı faciə həyəcan təbili çaldı: Sürücülərə ciddi xəbərdarlıq

saytların hazırlanması

Evə çatdırılma

Qazaxdakı faciə həyəcan təbili çaldı: Sürücülərə ciddi xəbərdarlıq

Hadisə

19 Noyabr 2026 15:35 60


Qazaxda baş verən və insan tələfatı ilə nəticələnən yol qəzasından sonra Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

“Yeni Sabah” xəbər verir ki, idarə sürücüləri yollarda daha diqqətli olmağa, müəyyən edilmiş sürət həddinə, ötmə və manevr qaydalarına ciddi əməl etməyə çağırıb.

Müraciətdə bildirilib ki, sürücünün sükan arxasında verdiyi qərar təkcə özünün deyil, avtomobildəki sərnişinlərin və qarşıdan gələn nəqliyyat vasitələrində olan insanların da taleyinə təsir edə bilər. Məişət texnikası

Qeyd olunub ki, “Avtomobil mənimdir, necə istəyirəm, elə də sürərəm” düşüncəsi yolda digər insanların həyatını təhlükəyə atır:

“Avtomobil sizə məxsusdur. Yol isə hamımızındır. Yol yarış yeri deyil”.

BDYPİ sürücülərə ötmə manevri zamanı təhlükəsizliyə əmin olmadıqları halda gözləməyi tövsiyə edib. Vurğulanıb ki, bir neçə saniyə gözləmək insan həyatını xilas edə bilər.

İdarə Qazaxda baş verən qəza nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, xəsarət alan sərnişinə şəfa diləyib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!