Qəzet bizim sonuncu qalamızdır -   Onu gözdən salanlar tarixin künc-bucağında itib-batacaqlar

saytların hazırlanması

Evə çatdırılma

Qəzet bizim sonuncu qalamızdır - Onu gözdən salanlar tarixin künc-bucağında itib-batacaqlar

Sosial

22 Yanvar 2021 17:24 1218


“Qəzet bizim sonuncu qalamızdır, o, tarixə çevrilsə biz məğlub olarıq. Qəzet bizim arzumuzdur, onu yarıda qıranlar, məzmunsuz kağız parçasına çevirənlər, qəzetin gücündən qorxub onu gözdən salanlar özləri tarixin künc-bucağında itib-batacaqlar”.

Yenisabah.az xəbər verir ki, bu barədə Əməkdar jurnalist Natiq Məmmədli Novator.az saytına müsahibəsində bildirib.

O qeyd edib ki, Azərbaycanda keyfiyyətli qəzetlərin bumu hələ bundan sonra başlanacaq: Dominos pizza

“Mən buna inanıram və heç vaxt bu inamımdan dönmərəm. Azərbaycanda kitab oxuyanlar, bilet alıb teatra gedənlər, gözəl bir tablonun qarşısında dayanıb onun palitrasından zövq alanlar, klassik musiqinin melodiyasında ruhunu ovutmağı bacaranların hamısı qəzetin oxucularıdır. Belə adamlar var, azdırlar, amma həmişə olublar. Gəlin “qəzet bizə lazımdırmı” sualı ətrafında fikirləşmək əvəzinə “müasir dövrün qəzeti necə olmalıdır” sualına cavab tapaq. Qəzetin siması müasirləşməlidir, gəncləşməlidir, mətbuatımız süni yolla, arxa qapılardan redaksiyalara doluşmuş parazitlərdən təmizlənməlidir. Ətrafında düşünən beyinləri, əliqələmli ziyalıları birləşdirən qəzet cəmiyyətin ictimai müqavimətini gücləndirir və eyni zamanda dövlətin intellektual potensialını göstərir. Yaxşı qəzet bütün ağıllı cəmiyyətlərin sosial sifarişidir. Bizim yaxşı qəzetlərimiz hələ bundan sonra çıxacaq. Arzularımızın yarımçıq qaldığı yerdən davam etmək şansımız olacaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!