Qızıl sırğa alan müəllimə ilə bağlı daha bir açıqlama 

saytların hazırlanması

Evə çatdırılma

Qızıl sırğa alan müəllimə ilə bağlı daha bir açıqlama 

Sosial

12 İyun 2023 16:49 831


Xırdalan 1 və 9 saylı məktəbin ibtidai siniflərinin buraxılış mərasimində valideynlərin ibtidai sinif müəllimlərinə qızıl zinət əşyası hədiyyə etmələrinə dair yayılan görüntülərə aydınlıq gətirilib. 

Yenisabah.az xəbər verir ki, Abşeron-Xızı Regional Təhsil İdarəsindən APA-ya bildirilib ki, faktla bağlı araşdırma davam etdirilir. 

"İlkin məlumat belədir ki, bu, sırf valideynlərin şəxsi təşəbbüsü və istəyi əsasında baş verib. Ortada heç bir məcburiyyət yoxdur. Həmçinin bu hadisə dərs zamanı deyil, dərsdənkənar olub. Valideynlərdən də izahat alınıb. Onlar da müəllimi müdafiə edərək, bunun şəxsi təşəbbüsləri olduğunu ifadə ediblər" - deyə cavabda qeyd olunub.  pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!