Paytaxtın Qaradağ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Yeni Sabah" "Qafqazinfo"ya istinadən xəbər verir ki, qəza rayonun Qobustan qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı minik maşını VAZ-2115 markalı avtomobillə toqquşub. Nəticədə VAZın sürücüsü, Mədət adlı şəxs hadisə yerində ölüb. Digər avtomobilin sürücüsü və bir sərnişin xəsarət alıb. Sezar pizza
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız