Qoyun əti niyə bahalaşır?

saytların hazırlanması

Evə çatdırılma

Qoyun əti niyə bahalaşır?

Sosial

29 May 2024 16:19 451


"Dövlətin qiymət tənzimləmə siyasəti olmalıdır. Qiymətlər artırsa, əməkhaqqı və pensiya da ona uyğun şəkildə artmalıdır. Belə olanda alıcı da artan qiyməti hiss etməyəcək". 

Bunu "Qaynarinfo"ya iqtisadçı ekspert Əli Əlirzayev qoyun ətinin bahalaşmasının səbəblərindən danışarkən deyib.

Ekspert artımın səbəblərini yemin qiyməti ilə əlaqələndirir: pizza mizza

"Bazar iqtisadiyyatıdır, məhsulların qiymətində tez-tez bahalaşma halları olur. Bahalaşma əsasən tələb və təklifdən asılıdır. Əgər məhsula çəkilən xərc artırsa, bahalaşma qaçılmazdır. Bu gün Azərbaycana yemlərin əksəriyyəti xarici ölkələrdən gətirilir. Sahibkarlar da həmişə yağlı yemlər alırlar".

Ekspert bütün bunların qoyun ətinin qiymətinə təsir göstərəcəyini vurğulayıb:

"Sahibkar xərc çəkir, əməkhaqqı verir".

Qeyd edək ki, mütəxəssislər yaxın günlərdə qoyun ətinin bahalaşacağı ilə bağlı məlumatlar yayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!