Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Ramiz Mehdiyev bu vəzifəsini rəsmi olaraq itirdi – Prezidentdən sərəncam
01 Sen 2020 09:26
12201

Ramiz Mehdiyev bu vəzifəsini rəsmi olaraq itirdi – Prezidentdən sərəncam

Ötən gün prezidentin sərəncamı ilə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın tərkibi dəyişdi.

“Yeni Sabah” xəbər verir ki, sərəncamla təyin olunan Komissiya üzvləri qismində aşağıdakı şəxslər müəyyən edilib:

Samir Nuriyev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri

Fuad Ələsgərov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri

Gündüz Kərimov – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi

Vilayət Eyvazov – Azərbaycan Respublikasının Daxili İşlər naziri

Əli Nağıyev – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi.

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın sədri Komissiyanın üzvləri arasından səsvermə yolu ilə Komissiyanın növbəti iclasında seçiləcək.

Komissiya 15 nəfər üzvdən ibarət tərkibdə təşkil edilir. Komissiyanın 5 üzvü Azərbaycan Respublikasının Prezidenti, 5 üzvü Azərbaycan Respublikasının Milli Məclisi, 5 üzvü isə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilir.

Bu günə qədər komissiyaya Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev rəhbərlik edirdi. Prezidentin təyin etdiyi komissiyanın yeni üzvləri arasında onun  olmaması Mehdiyevin artıq strukturun sədri olmayacağı deməkdir. 

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər