Rasim Balayevdən sonra yetim qalan AKİ: Bu qurumun yiyəsi kimdir?

saytların hazırlanması

Evə çatdırılma

Rasim Balayevdən sonra yetim qalan AKİ: Bu qurumun yiyəsi kimdir?

Mədəniyyət

22 İyul 2026 16:03 305


Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) bir qrupüzvü bəyanat yayıb. Bəyanata dərkənar qoymuş şəxslər sırasında sonuncu imza belə qeyd oluub: “icraçı katib Əli İsa Cabbarov”. Əgər Cabbarov icraçı katibsirsə, AKİ sədri kimdir? Onun qurultayda sədr seçilməsi və bu qədər hay-küy, dava-dalaş boşuna imiş?

Deməli, AKİ-də ciddi idarəçilik böhranının yarandığını göstərir.

Uzun illər ittifaqa rəhbərlik etmiş Xalq artisti Rasim Balayevin vəfatından sonra sədr postu, qurultayın legitimliyi və rəhbərliyin səlahiyyətləri ilə bağlı ziddiyyətlər açıq müstəviyə çıxıb. pizza sifarişi

Kino işçilərinin təbirincə, lenti geriyə fırladaq.

Rasim Balayevin vəfatından sonra AKİ-də yeni sədrin seçilməsi məsələsi gündəmə gəldi. Bunun üçün mayın 26-da keçirilən qurultayın nəticələrinə əsasən, rejissor Əli İsa Cabbarov AKİ-nin sədri seçildi. Qurultaydan sonra yayılan rəsmi məlumatlarda Əli İsa Cabbarovun sədr seçildiyi bildirilsə də, təşkilatın gündəlik fəaliyyətinin faktiki olaraq birinci katib Şəfiqə Məmmədovanın davam etdirdiyi bildirildi.

Bu isə bir sıra suallar doğurdu:

Əgər sədr seçilibsə, niyə səlahiyyətlərini icra etmir?

Sədr Əli İsa Cabbarov seçilsə də, birinci katib hansı hüquqi əsasla rəhbərliyi davam etdirir?

Qurultayın qərarları nə üçün icra edilmir?

Məhz bu məqam AKİ daxilində iki fərqli mövqenin formalaşmasına səbəb oldu.

İyulun 21-də AKİ-nin bir qrup rəhbər şəxsi təşkilatda yaranmış vəziyyətlə bağlı bəyanat yayıblar. Bəyanatda AKİ-nin idarəçiliyində yaranmış vəziyyət və təşkilatın gələcək fəaliyyəti ciddi narahatlıq doğurduğu qeyd olunub.

AKİ İdarə Heyətinin mayın 8-də elan olunan qərarı ilə Konfransın keçirilməsi yekdilliklə təsdiqlənsə də, həmin qərar icra olunmayıb. Bunun əvəzində İttifaqın 27 üzvünün iştirakı ilə saxta imzalar əsasında və həqiqəti əks etdirməyən bəyanat hazırlanıb. Qeyd olunub ki, hazırkı mərhələdə İttifaqın səlahiyyətli sədrinin olmaması şəraitində təşkilatın bütün qərarları yalnız Nizamnamənin və “İctimai birliklər haqqında” Qanunun tələblərinə uyğun qəbul edilməlidir. Əks halda, qəbul edilən qərarların legitimliyi gələcəkdə hüquqi mübahisələrə səbəb ola və İttifaqın nüfuzuna ciddi zərər vura bilər.

Mövcud faktlara əsasən qarşıdurmanın əsas səbəbləri bunlardır:

qurultayın legitimliyi ilə bağlı müxtəlif mövqelər;

yeni seçilmiş sədrin səlahiyyətlərinin tətbiqi;

birinci katibin faktiki idarəçiliyi davam etdirməsi;

İdarə Heyəti və katiblər arasında fikir ayrılıqları.

Hələlik tərəflərdən heç biri təşkilatda yaranmış böhranın tam həll olunduğunu bəyan etməyib.

Azərbaycanın ən qədim yaradıcı birliklərindən biri olan AKİ uzun illər Rasim Balayevin rəhbərliyi dövründə ciddi daxili qarşıdurmalar yaşamamışdı. Hazırkı vəziyyət isə təşkilatın tarixində ən mürəkkəb idarəçilik böhranlarından biri kimi qiymətləndirilir.

Əgər qurultayın qərarlarının icrası və rəhbərliyin hüquqi statusu ilə bağlı mübahisələr yaxın vaxtlarda aradan qaldırılmasa, bu, ittifaqın fəaliyyətinə, layihələrin icrasına və kino ictimaiyyətində nüfuzuna təsir göstərə bilər.

Hazırda AKİ rəhbərliyi ətrafında yaranmış vəziyyət tam həllini tapmayıb və təşkilatda kimin faktiki rəhbər olduğu ilə bağlı müzakirələr davam edir. Mövcud bəyanatlar göstərir ki, məsələ təkcə şəxslər arasındakı fikir ayrılığı deyil, həm də təşkilatın idarəetmə modelinin necə tətbiq olunacağı ilə bağlı prinsipial mübahisəyə çevrilib.

Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri, Xalq artisti Rasim Balayev martın 29-da vəfat edib. O, ağciyər xərçəngindən və yüksək şəkərdən əziyyət çəkirdi.

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) sentyabr ayında növbədənkənar qurultay keçirəcək. Buna səbəb mayın 26-da keçirilən qurultayda qəbul olunan qərarların Ədliyyə Nazirliyi tərəfindən təsdiqlənməməsidir.

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!