Rəhbərliyi barəsində cinayət işi açılmış şirkət İİV dərmanları alacaq

saytların hazırlanması

Evə çatdırılma

Rəhbərliyi barəsində cinayət işi açılmış şirkət İİV dərmanları alacaq

İqtisadiyyat

26 Noyabr 2026 16:13 76


“Səhiyyənin Təminat Mərkəzi” publik hüquqi şəxsi elan etdiyi satınalma müsabiqəsinə yekun vurub.

“Yeni Sabah” xəbər verir ki, “İİV-la mübarizə tədbirlər proqramı çərçivəsində ARV dərman vasitələri”nin satın alınması ilə bağlı “EPİDBİOMED” MMC ilə tərəflər arasında  ümumi maliyyə dəyəri 2 milyon 399 min 299,9 manat təşkil edən müqavilə bağlanıb.

2004-cü ildə dövlət qeydiyyatına alınan və nizamnamə kapitalı 10 manat olan “Epidbiomed” MMC-nin qanuni təmsilçisi Məmməd Əli Əliyevdir. 2018-ci ildə şirkətin təsisçisi Namiq Əliyev və keçmiş rəhbəri Surxay Mustafayev barəsində Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə və dərman vasitələrinin qanunsuz dövriyyəsi maddələri ilə cinayət işi açılıb, şirkətin ölkəyə saxta dərmanlar idxal etdiyi məlum olub. Onlayn mağaza

Cəlalə Cəlalqızı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!