Renka sürücülərə od püskürdü: “Necə tərbiyəsiz...”

saytların hazırlanması

Evə çatdırılma

Renka sürücülərə od püskürdü: “Necə tərbiyəsiz...”

Şou

08 Oktyabr 2026 09:51 70


Rəqqasə Rəna Ağamuradova (Renka) yollarda qarşılaşdığı sürücülərin davranışından narazılığını bildirib.

“Yeni Sabah” xəbər verir ki, sənətçi sosial şəbəkədə paylaşdığı fikirlərində avtomobil idarə edərkən son vaxtlar daha çox gərginlik yaşadığını deyib.

Renka xüsusilə digər avtomobillərin yol hərəkəti zamanı bir-birini sıxışdırmasından narazı qaldığını vurğulayıb. O, hər gün sükan arxasına keçərkən özünü sakit olmağa köklədiyini, lakin bəzi sürücülərin davranışının buna imkan vermədiyini bildirib. Pepperoni pizza

“Maşın sürmək məni çox yorur, enerjimi alır və əsəbiləşdirir. Sürücülər bir maşın qabağa keçmək üçün adamı kənara elə sıxışdırırlar ki... Necə tərbiyəsiz sürücülər var. Hər səhər deyirəm ki, sükan arxasında bu gün əsəbiləşməyəcəyəm, sakit olacağam”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!