Restoranın servis haqqı müştərinin etirazına səbəb oldu

saytların hazırlanması

Evə çatdırılma

Restoranın servis haqqı müştərinin etirazına səbəb oldu

Xalqın səsi

05 Oktyabr 2026 11:28 91


"Müştəriyəm şikayətim var" sosial şəbəkə qrupunda paylaşılan kassa çeki paytaxtın tanınmış istirahət məkanlarından olan "Beer Hall" restoranında müştəriyə təqdim edilən gözlənilməz qiymətlərə görə böyük müzakirələrə səbəb olub.

“Yeni Sabah” xəbər verir ki, təqdim olunan qəbzə əsasən, müştərilərin ümumi stolda istehlak etdiyi qida və içkilərin məbləği 1051 manat təşkil edib. Lakin hesabdakı xüsusi maddələr — canlı musiqi üçün 50 manat, içki servisi üçün 30 manat və 10 faizlik servis haqqı kimi 105 manat əlavə ödənişin tələb olunması müştərilərin kəskin narazılığına yol açıb.

Yekunda ümumi hesab 1156 manat kimi hesablanıb. Məsələ sosial mediada geniş rezonans doğurub, istifadəçilər bu cür əlavə xidmət haqlarının qanunauyğunluğunu və obyektin qiymət siyasətini kəskin tənqid ediblər. pizza mizza

Nazim Hacıyev


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!