Riki Martin Bakıda ana dilimizdə danışdı

saytların hazırlanması

Evə çatdırılma

Riki Martin Bakıda ana dilimizdə danışdı

Şou

02 Avqust 2024 23:15 1157


Dünyaca məşhur müğənni Riki Martinin Bakıdakı konserti baş tutub.

Yenisabah.az olay-a istinadla xəbər verir ki, ulduz “SeaBreeze”də reallaşan gecədə azərbaycanca danışaraq dinləyiciləri salamlayıb. 

Riki “Salam, necəsiniz?” dedikdən sonra ingilis dilində çıxışına davam edib: Sezar pizza

“Çox sağ olun. Burada olmaqdan çox məmnunam. Düşünürəm ki, gözəl axşam olacaq. Sizin enerjiniz sayəsində gözəl bir axşam olacaq. Sizi gördüyüm, təbəssüm etdiyiniz üçün, rəqs etmə tərziniz üçün, enerjiniz üçün... Bu, çox güclüdür. Bu gecə mənim hekayəmdir. Musiqi vasitəsilə mənim hekayəm yazılacaq. Mənim yüksəlişlərim və enmələrim, enerjim, sevinc-kədər anlarım... Bu axşam hər şey burada – Bakıda olacaq. Mən yaxşı vaxt keçirmək üçün buradayam. Bakı, yaxşı vaxt keçirməyə hazırsınız? Sizdən dönə-dönə soruşacağam”. 

Sonda isə dünya ulduzu ana dilmizdə “Çox sağ olun” deyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!