Dünya futbolunun iki böyük əfsanəsi arasındakı tarixi rəqabət yerini dərin hörmət və ehtirama verib.
“Yeni Sabah” xəbər verir ki, Portuqaliya milli komandasının hücumçusu və kapitanı Kriştianu Ronaldo Argentina millisindəki unudulmaz karyerasını başa vuran Lionel Messinin sosial şəbəkədəki vida paylaşımına təsirli rəy yazaraq sabiq rəqibinə öz dəstəyini nümayiş etdirib.
Portuqaliyalı ulduz illərdir davam edən rəqabətə baxmayaraq, Messinin milli komandadakı tarixi irsini yüksək qiymətləndirib və ona bu sözlərlə müraciət edib: pizza hut
"Leo, uzun illərdir ölkən üçün mübarizə aparırsan və əbədi yaşayacaq bir tarix yazmısan. Argentina ilə qazandığın bütün uğurlara görə sənə böyük hörmətim var. Səni qucaqlayıram".
Futbol dünyasının ən böyük iki siması arasında baş tutan bu səmimi və alicənab dialoq azarkeşlər və media tərəfindən idman tarixinin ən diqqətçəkən addımlarından biri kimi qiymətləndirilib.
Nazim Hacıyev
Telegram kanalımız