Rumıniyadan 300-dən artıq azərbaycanlı Vətənə gətiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Rumıniyadan 300-dən artıq azərbaycanlı Vətənə gətiriləcək

Dünya

27 Fevral 2022 16:37 279


Ukraynadakı vəziyyətlə əlaqədar, ölkəni tərk edərək qonşu dövlətlərə daxil olan Azərbaycan vətəndaşlarının təxliyəsini həyata keçirmək üçün bu ilin 28 fevral tarixində Azərbaycan dövləti tərəfindən iki çarter reysinin təşkil edilməsi nəzərdə tutulub.

Bu barədə Yenisabah.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Rumıniya ərazisindən reallaşdırılacaq çarter reyslərindən birincisi ilə Türkiyənin "Tailwind" şirkəti vasitəsilə 168, Azərbaycan Hava Yolları ilə həyata keçiriləcək növbəti çarter reysi ilə isə 174 vətəndaşımızın Azərbaycana gətirilməsi planlaşdırılır. pizza sifarişi

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!