Rusiya 63 hərbi əsirini Ukraynadan geri aldı

saytların hazırlanması

Evə çatdırılma

Rusiya 63 hərbi əsirini Ukraynadan geri aldı

Dünya

04 Fevral 2023 12:51 578


Rusiya və Ukrayna arasında hərbi əsirlərin növbəti mübadiləsi həyata keçirilib. 

Yenisabah.az TASS-a istinadla xəbər verir ki. bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin 63 hərbçisi geri alınıb. Dominos pizza

Qeyd olunur ki, Kiyevlə əsir mübadiləsi mürəkkəb danışıqlar prosesi nəticəsində təşkil olunub. 

Nazirlik əlavə edib ki, azad edilən bütün hərbi qulluqçular Rusiya Federasiyasının ərazisindədir. Hərbi qulluqçulara lazımi psixoloji və tibbi yardım göstərilir, yaxınları ilə əlaqə saxlamaq imkanı yaradılır. 

Müdafiə Nazirliyi onu da açıqlayıb ki, “həssas kateqoriya”dan olan bəzi şəxslər də azad edilmiş hərbi əsirlər qrupuna düşüb. Bu insanların kim olduğu hələlik məlum deyil. Onlar haqqında məlumat verilmir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!