“Rusiya Ukraynaya məğlub oldu, indi əsas məsələ Putinin məğlubiyyətini rəsmiləşdirməkdir".
Yenisabah.az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksiy Arestoviç deyib.
O bildirib ki, Rusiya Ukraynaya qarşı müharibədə artıq məğlub olub və indi onlar bunu əhaliyə necə demək barədə fikirləşirlər. pizza hut
Arestoviç iddia edib: "Onlar rusları razı salacaqlar ki, Rusiyanı guya nüvə müharibəsinə gətirib çıxarmamaq üçün NATO ilə rəqabət aparmama qərarına gəliblər.
"Moskva" kreyserinin batmasından sonra, yəni Rusiyanın Ukraynaya təcavüzünün 51-ci günündə deyə bilərik ki, Rusiya müharibəni uduzub. İndi söhbət Putinin məğlubiyyətinin qeydə alınmasından gedir".
"Putinə əlində nə qalıb? Taktiki nüvə zərbəsi endirmək? Bu hadisədən sonra, bütün dünyanı girov saxlayan manyakı aradan qaldırmaq üçün Çinlə razılaşmalı olacağıq. Ona görə də çıxılmaz vəziyyət yaranıb”.
Telegram kanalımız