Rusiyada mindən çox ukraynalı əsir saxlanılır

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada mindən çox ukraynalı əsir saxlanılır

Dünya

15 Aprel 2022 13:16 940


“Təslim olmuş hərbçilərlə iş davam edir. Rusiya ərazisində mindən çox ukraynalı əsir var. Böyük əksəriyyəti müstəntiqlər tərəfindən dindirilib”.

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Əsirlər arasında, Donbass əhalisinə qarşı döyüşlərdə iştirak edən Ukrayna Silahlı Qüvvələri briqadasının beş komandiri var. Dominos pizza

Daha əvvəl Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov Mariupolda mindən çox Ukrayna dəniz piyadasının təslim olduğunu bildirmişdi. Onun sözlərinə görə, təslim olanlar arasında 162 zabit, o cümlədən 47 qadın əsgər var. Bundan əlavə, 151 yaralı ukraynalı hərbçiyə yerində ilkin tibbi yardım göstərilib və sonra xəstəxanaya göndərilib.

 Cavad Salmanli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!