Rusiyada taun qorxusu: Tramp kömək vəd etdi

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada taun qorxusu: Tramp kömək vəd etdi

Dünya

06 Oktyabr 2026 14:58 115


Rusiyada bir laboratoriya əməkdaşının şübhəli infeksiya ucbatından ölməsi ölkədə taun xəstəliyinin yayılması ilə bağlı narahatlıq yaradıb.

“Yeni Sabah” xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp da məsələni yaxından izlədiklərini bildirib.

O, Nebraska ştatında seçki mitinqinə getmək üçün Ağ Evdən ayrılmazdan əvvəl jurnalistlərin suallarını cavablandırıb: Marqarita pizza

“Bu məsələni çox yaxından araşdırırıq. İllər əvvəl sətəlcəmi müalicə etmək daha asan idi. Lakin mikroblar və bakteriyalar artıq daha davamlı hala gəlib. Onlara (Rusiyaya - red.) yardım edəcəyik”.

Xatırladaq ki, Rusiya İnsan Sağlamlığı və İstehlakçı Hüquqlarının Müdafiəsi Xidməti ("Rostrebnadzor") laboratoriya əməkdaşı Şipilovanın mənbəyi müəyyən edilməyən pnevmaniyadan öldüyünü bildirib. Rusiyada taun xəstəliyinin yayılması ilə bağlı iddialar hələlik rəsmi şəkildə təsdiqlənməyib.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!