"Mançester Yunayted" klubu baş məşqçi postuna təyin etdiyi Maurisio Poçettinonun müqaviləsinin vaxtından əvvəl ləğvi üçün təxminən 7,5 milyon funt-sterlinq (10 milyon ABŞ dolları) məbləğində təzminat ödəməli olacaq.
“Yeni Sabah” xəbər verir ki, klubun maliyyə sənədlərində və yayılan məlumatlarda bu ödənişin ABŞ Futbol Federasiyasına ayrılacağı qeyd olunur.
Argentinalı mütəxəssis mövsümün əvvəlində uğursuz nəticələr səbəbindən vəzifəsindən uzaqlaşdırılan Maykl Karriki əvəzləyib. Poçettinonun və onun köməkçi heyətinin keçidi, eləcə də Karrikin işdən çıxarılmasına görə nəzərdə tutulan kompensasiya ilə birlikdə klubun məşqçi dəyişikliklərinə çəkdiyi ümumi xərc 100 milyon funt-sterlinq həddinə yaxınlaşıb. Sərfəli qiymətə məhsullar
Ser Aleks Ferqyusonun gedişindən bəri baş məşqçi dəyişikliklərinə yönəldilən bu yüksək məbləğlər "Mançester Yunayted"in ümumi borc yükünün artması fonunda diqqət çəkir. Poçettino milli komandadakı son görüşlərin ardından klubdakı fəaliyyətinə tam fokuslanacaq.
Nazim Hacıyev
Telegram kanalımız