Rusiyanın Ukraynadakı itkiləri 175 mini keçdi

saytların hazırlanması

Evə çatdırılma

Rusiyanın Ukraynadakı itkiləri 175 mini keçdi

Dünya

03 Aprel 2023 10:27 602


Rusiya Silahlı Qüvvələri son sutkada Ukrayna ərazisində daha 610 hərbçisini itirib.

Yenisabah.az UNIAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumatda bildirilir ki, Rusiya tərəfinin müharibə başlayandan (24 fevral 2022) bəri ümumi itkilərinin sayı 175.160 nəfərə çatıb. Toyuqlu pizza

Həmçinin, son sutka ərzində Rusiyaya məxsus 1 tank, 7 zirehli döyüş maşını və 7 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb. 

Qeyd edək ki, hazırda Donetsk vilayətinin Baxmut qəsəbəsi istiqamətində şiddətli döyüşlər davam etməkdədir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!