Sabah “Azərişıq” sədri Şamaxıda vətəndaşları qəbul edəcək

saytların hazırlanması

Evə çatdırılma

Sabah “Azərişıq” sədri Şamaxıda vətəndaşları qəbul edəcək

Sosial

22 Dekabr 2022 18:09 833


Sabah saat 10:00-da "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Şamaxı şəhərində Şamaxı və Qobustan rayonlarından olan vətəndaşları qəbul edəcək.

Yenisabah.az “Azərişıq” ASC-yə istinadən xəbər verir ki, qəbul Şamaxı şəhəri, Babasəlim Əzizov küçəsi 1 ünvanında yerləşən “Azərişıq” ASC-nin Şamaxı Elektrik Şəbəkəsinin inzibati binasında keçiriləcək.

Qəbul Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən baş tutacaq. Toyuqlu pizza

Qəbulda iştirak etmək istəyən şəxslər Şamaxı Elektrik Şəbəkəsinə və ya "Azərişıq" ASC-nin 199 çağrı mərkəzinə, onlayn isə info@azerishiq.az elektron poçt ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər.

“Azərişıq” vətəndaşların diqqətinə çatıdırır ki, qəbulda müraciətlər yalnız “Azərişıq” ASC-nin fəaliyyət istiqamətinə aid məsələlərlə bağlı olmalıdır.

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, qəbulda peyvənd və ya immun sertifikatı, eləcə də əks-göstəriş sertifikatı olan şəxslər iştirak edə bilərlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!