Sabah hava necə olacaq?

saytların hazırlanması

Evə çatdırılma

Sabah hava necə olacaq?

Sosial

18 Yanvar 2023 12:25 559


Sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Milli Hidrometeorologiya Xidmətindən “Yeni Sabah”a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman, az çiskin olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-10° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.  pizza hut

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq. 

Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!