İyunun 8 və 9-u III və II ixtisas qrupu üzrə qəbul imtahanı keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

İyunun 8 və 9-u III və II ixtisas qrupu üzrə qəbul imtahanı keçiriləcək

Sosial

06 İyul 2023 14:40 793


Dövlət İmtahan Mərkəzi iyulun 8-də III ixtisas qrupu, iyulun 9-da isə II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı, habelə III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə də imtahan keçiriləcək.

Yenisabah.az xəbər verir ki, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Cəlilabad, Lənkəran və Xaçmazda təşkil olunacaq.

İştirakçılar iyulun 3-dən etibarən Dövlət İmtahan Mərkəzinin saytında "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilirlər. Sezar pizza

Kütləviliyin qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 161 imtahan binası, 2934 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 161 ümumi imtahan rəhbəri, 481 imtahan rəhbəri, 3675 nəzarətçi–müəllim, 511 buraxılış rejimi əməkdaşı, 161 bina nümayəndəsi ayrılıb.

Ümumən 39456 abituriyentin iştirakı nəzərdə tutulur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!