Milli Hidrometeorologiya Xidməti sentyabrın 25-nə gözlənilən hava şəraitini açıqlayıb.
"Yeni Sabah" xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyinin arabir güclənəcəyi bildirilir.
Havanın temperaturu gecə 20-23, gündüz 23-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 millimetr civə sütunundan 766 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75, gündüz 60-65 faiz təşkil edəcək. Dominos pizza
Telegram kanalımız