Ana və iki övladı eyni vaxtda tələbə oldu   - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Ana və iki övladı eyni vaxtda tələbə oldu - FOTO

Sosial

24 Avqust 2026 23:30 35


Ağcabədi rayonunun Yuxarı Qiyamədinli kəndindən olan bir ailədə bu il tələbə sevinci üçqat yaşanıb.

"Yeni Sabah" Modern.az-a istinadən xəbər verir ki, ana və iki övladı eyni vaxtda ali məktəbə qəbul olunublar.

39 yaşlı Ülkər Mirzəyeva Sumqayıt Dövlət Universitetinin sosial iş ixtisasında təhsil alacaq. Onun övladları Məryəm və Mövlud da qəbul imtahanlarında yüksək nəticə göstərərək tələbə adını qazanıblar. Dördpendirli pizza

Qızı Məryəm Mirzəyeva 653 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olub. Oğlu Mövlud Mirzəyev isə 570 bal toplayıb və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə fakültəsində təhsil alacaq.

Beləliklə, bir ailənin üç üzvü - ana, qız və oğul bu ildən etibarən ali təhsil yoluna birlikdə çıxacaqlar.

Məryəm və Mövlud atalarının işi ilə əlaqədar Sabirabad rayonunun Poladlı kənd orta məktəbində təhsil alıblar. Bu ildən isə həmin ailədən üç tələbə üç fərqli universitetdə təhsil alacaq.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!