Yerli fermerdən 15 qəpiyə, xaricdən 2 dollara... – Süd istehsalçısı nə etməlidir?

saytların hazırlanması

Evə çatdırılma

Yerli fermerdən 15 qəpiyə, xaricdən 2 dollara... – Süd istehsalçısı nə etməlidir?

Sosial

24 Avqust 2026 12:29 131


Südün 1 litrinin 15 qəpiyə alınmasına etiraz edən və 60 litr südü yerə tökən fermerin videosu sosial şəbəkədə durmadan paylaşılır.

“Təəssüf ki, ölkədə bu sayaq problemlər kifayət qədər geniş yayılıb. Fermerlər maarifləndirilmir və onlara kömək edilmir”.

Bu sözləri “Yeni Sabah”a aqrar məsələlər üzrə ekspert Vahid Məhərrəmov deyib. Toyuqlu pizza

Onun sözlərinə görə, süd və süd məhsullarına tələbat yetərincə yüksəkdir:

“Fermerlər düşünür ki, məhsul istehsal edəcəklər və çox asanlıqla sata biləcəklər. Amma Azərbaycan ötən ilə nisbətən süd idxalını bu il xeyli artırıb. İdxal etdiyi südün 1 litrinin dəyəri 2 dollardan yüksəkdir.

Kənd Təsərrüfatı Nazirliyi nə qədər xırda süd istehsalçısı varsa, onları vahid  kooperasiyada birləşdirməlidir. Fermerlər məhsulu özləri emal etməlidir. Yəqin ki, hər bir kənddən təxminən 500 litr, yaxud 1 tona yaxın süd yığmaq mümkündür.

Təəssüf ki, ölkədə kənd təsərrüfatı sahəsinə cavabdeh olan şəxslər öz vəzifə borclarının nədən ibarət olduğunu bilmir. Onlar qeyri-peşəkar olduqları üçün nə edəcəklərini də bilmir”.

V.Məhərrəmov əlavə edib ki, fermerlər üçün yerlərdə şərait yaratmalı, ucuz kredit resursu təşkil etməlidir:

“Etiraz edən fermerin çıxışını dinlədim. O istəyir ki, məhsulunu kimsə alsın. Amma biz sovet dövrünü yaşamışıq.

Mən sovxoz direktoru işləyirdim. Aran rayonlarından pambıq çiyidi gətirirdim, Gəncə şəhərindən yem əldə edirdim. Həmin vaxt heyvanların verdiyi südün yağlılıq dərəcəsi 6-7 faizə qədər qalxmışdı. Bu südü təhvil verəndə 3.2-3.4 faizlə götürürdülər. Əgər dövlət bu sahə ilə məşğul olarsa, fermerin məhsulunu yenə dəyər-dəyməzinə alacaqlar.

Azərbaycanda süd məhsullarına ehtiyacın 50 faizini daxili istehsal hesabına təmin edə bilirik. Ona görə də, dövlət fermerlər üçün yerlərdə şərait yaratmalı, ucuz kredit resursu təşkil etməlidir. Amma Kənd Təsərrüfatı Nazirliyi bu sahədə heç bir iş görmür. Hazırda ölkədə ət məhsulları ilə bağlı da defisit yaranıb, belə getsə süd məhsulları da eyni aqibətlə üzləşəcək”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!