2026-cı ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 787 daşınmaz əmlak obyektinə yeni ünvan təyin edilib.
“Yeni Sabah” Naxçıvanın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 35% artıb.
Yeni ünvan verilən obyektlərin 512-si torpaq sahəsi, 98-i mənzil, 69-u fərdi yaşayış evi, 64-ü qeyri-yaşayış binası, 44-ü isə qeyri-yaşayış sahəsi olub. pizza hut
Hesabat dövründə 5 202 daşınmaz əmlak obyekti üzrə texniki sənədlər hazırlanıb. Onlardan 1 868-i texniki pasport, 3 334-ü isə torpaq sahəsinin planı və ölçüsüdür.
Eyni zamanda, 7 ay ərzində 6 978 daşınmaz əmlak üzrə mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 19% artıb.
Dövlət qeydiyyatına alınan əmlakların 3 139-u torpaq sahəsi, 2 633-ü fərdi yaşayış və bağ evi, 887-si mənzil, 158-i qeyri-yaşayış sahəsi, 150-si qeyri-yaşayış binası, 11-i isə əmlak kompleksi olub.
Daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastr xidmətlərindən 1,4 milyon manat xidmət haqqı toplanıb. Bu məbləğ ötən ilin eyni dövrü ilə müqayisədə 73,4 min manat və ya 5,4% çoxdur.
Elektron xidmətlərə müraciətlərin sayı da artıb. Yanvar-iyul aylarında hüquqi və fiziki şəxslər, həmçinin notariat ofisləri tərəfindən Xidmətə 7 869 elektron müraciət daxil olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.
Telegram kanalımız