Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə avqustun 25-də paytaxtda və bəzi rayonlarda elektrik şəbəkələrində təmir işləri aparılacaq.
"Yeni Sabah" xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində transformator məntəqəsində (TM) təmir işləri aparılacaq. Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Moskva və Mətbuat prospektlərində, Mirəli Seyidov, Abdulla Şaiq, Şamil Əzizbəyov, Zərgərpalan, Mustafa Sübhi, Məhəmməd Naxçıvani və Fuad İbrahimbəyov küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq. Sezar pizza
Nərimanov RETSİ-nin xidmət ərazisinə daxil olan akademik Həsən Əliyev, Xan Şuşinski, Səməd Vurğun və Möhsün Sənani küçələrinin bəzi ərazilərində, eləcə də 1 saylı "ASAN xidmət" mərkəzində və Tibb Universitetinin Onkoloji Klinikasında saat 09:00-dan 13:00-dək TM-də aparılacaq təmir-təftiş və sınaq işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Beyləqan Elektrik Şəbəkəsinin (EŞ) xidmət ərazisində 110/35/10 kV-luq "Xalac" yarımstansiyasında yenidənqurma işləri aparılacaq. Planlı fasilə saat 10:00-dan 16:30-dək Bahar, Qəhrəmanlı, Mil, Milabad, Sarısu, Şərq, Türklər və Yeni Mil qəsəbələrini, həmçinin Aşağı Çəmənli, Aşıqalılar, Birinci Aşıqlı, Birinci Şahsevən, Bünyadlı, Dünyamalılar, Əhmədli, Əlinəzərli, Gödəklər, İkinci Şahsevən, İmamverdili, Qaradağlı, Qaralılar və Yuxarı Çəmənli kəndlərini əhatə edəcək.
Cəlilabad EŞ-yə daxil olan Göytəpə şəhərinin, eləcə də Ağdaş, Alaşar, Fətullaqışlaq, Həziabad, Kazımabad, Komanlı, Maşlıq, Muğan, Oğrubulaq, Privolnoye və Söyüdlü kəndlərinin bir hissəsində 35 kV-luq "Göytəpə" hava xəttində aparılacaq təmir işləri ilə əlaqədar saat 12:00-dan 15:00-dək elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Ağdaş EŞ-nin ərazisində 110/35/10 kV-luq "Ləki Dartı" yarımstansiyasında təmir işləri aparılacaq. Bu zaman saat 10:00-dan 14:00-dək Ləki qəsəbəsində, həmçinin Aşağı Ləki, Cardam, Əmirarx, Əmirmahmud, Güvəkənd, Hapıtlı, Kotanarx, Qarağan Saatlı, Nehrəxəlil, Orta Ləki, Ovçulu, Şəmsabad, Tofiqi, Yenicə və Yuxarı Ləki kəndlərinin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Tərtərin Evoğlu və İsmayılbəyli kəndlərində saat 10:00-dan 14:00-dək 10 kV-luq 7 saylı İsmayılbəyli hava xəttinə toxunan ağacların budanması ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə olacaq.
Yevlax EŞ-nin xidmət ərazisində 110/35/10 kV-luq "Yevlax" yarımstansiyasından çıxan 10 kV-luq "TMRZ" hava xəttində təmir işləri aparılacaq. Bununla əlaqədar saat 10:00-dan 12:00-dək şəhər ərazisində Aydın Məmmədov, Salatın Əsgərova, Dədə Qorqud, Qasım bəy Zakir, Xaqani Şirvani və Fazil İsayev küçələrinin bəzi hissələrində elektrik enerjisinin verilişi dayandırılacaq.
Həmçinin 35 kV-luq "Şəhər-Xanabad" hava xəttində aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan 15:00-dək planlı fasilə Aşağı Bucaq, Ərəbbəsrə, Xaldan, Xanabad, Qaraoğlan, Qəribli, Quşçu və Yuxarı Bucaq kəndlərini, eləcə də Meyvəli qəsəbəsini əhatə edəcək.
Bərdə EŞ-yə daxil olan 35 kV-luq "Mustafağalı" hava xəttinə toxunan ağacların budanması işləri aparılacaq. Bununla əlaqədar Alpout, Bəcirəvan, Çələbilər, Əliyanlı, Əmirli, Ərəblər, Xanərəb, Xəsili, Qaradəmirçi, Qaradırnaq, Qaratəpə, Qarayusifli, Qazaxlar, Qazıqurdalı, Lənbəran, Mehdili, Məmmədli, Mollalı, Mustafağalı, Nazırlı və Nifçi kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq ediləcək.
Göyçayın Cəyirli, Çayarxı və Kürdəmiş kəndlərinin bəzi ərazilərində saat 10:00-dan 13:00-dək 10 kV-luq hava xəttində aparılacaq təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Goranboy EŞ-nin ərazisində 10 kV-luq "Qızılhacılı" hava xətti boyunca ağacların budanması işləri aparılacaq. Beləliklə, saat 09:00-dan 15:00-dək Balakürd kəndində və Qızılhacılı qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
İşlər yekunlaşdıqdan sonra ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Telegram kanalımız