Qəbul olmayanlar üçün   YENİ ŞANS - TARİX AÇIQLANDI

saytların hazırlanması

Evə çatdırılma

Qəbul olmayanlar üçün YENİ ŞANS - TARİX AÇIQLANDI

Sosial

24 Avqust 2026 19:35 25


Ali məktəblərə qəbul ola bilməyən abituriyentlər üçün vakant plan yerləri üzrə ixtisas seçiminin keçiriləcəyi tarix açıqlanıb.

“Yeni Sabah” xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin məlumatına görə, vakant yerlərə ixtisas seçimi avqustun 28-dən sentyabrın 2-dək internet vasitəsilə aparılacaq.

Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerləri ilə yanaşı, orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının kodlarını da göstərə biləcəklər. pizza

Qeyd edək ki, ali məktəblərdə boş qalan vakant plan yerlərinin siyahısı yaxın günlərdə dərc olunacaq “Abituriyent” jurnalının 7-ci sayında təqdim ediləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!