Sabahın HAVASI: Şimşək çaxacaq, dolu düşəcək

saytların hazırlanması

Evə çatdırılma

Sabahın HAVASI: Şimşək çaxacaq, dolu düşəcək

Sosial

13 May 2023 12:55 680


Bakıda və Abşeron yarımadasında mayın 14-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. 

Milli Hidrometeorologiya Xidmətindən “Yeni Sabah”a verilən məlumata görə, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. 

Gündüz yağışda fasilə olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.  pizza hut

Havanın temperaturu gecə 8-12° isti, gündüz 13-16° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq. 

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 9-14° isti, gündüz 15-19° isti, dağlarda gecə 0-3° isti, gündüz 3-5° isti olacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!