Sosial şəbəkələrdə yerli qida istehsalçılarından birinin məhsulu ilə bağlı növbəti narazılıq işıqlandırılıb.
“Yeni Sabah” xəbər verir ki, "Müştəriyəm, şikayətim var" qrupunda Əminə Abdullayeva adlı vətəndaş "Sab" markasına aid kəsmik məhsulunun qablaşdırması ilə tərkibinin uyğun gəlmədiyini bildirib.
Şikayətçi qeyd edib ki, mağazadan şirin kəsmik almaq istəsə də, paketin içindən pəhriz üçün nəzərdə tutulmuş (dietik) və dadsız kəsmik çıxıb. Vətəndaş baş vermiş halı adi şikayət deyil, açıq-aşkar müştəri aldadılması kimi qiymətləndirib. pizza mizza
Eyni zamanda, alıcı digər firmaların da oxşar məhsullarında problemlərlə qarşılaşdığını, paketlərin içinin sulandığını xatırladaraq, "Sab" brendini məhz tam bağlı və etibarlı qablaşdırmasına görə seçdiyini, lakin gözləntisinin doğrultulmadığını vurğulayıb. Narazı müştəri məsələ ilə bağlı "Sab" şirkətinin rəsmi nümayəndələrindən açıqlama tələb edir.
Nazim Hacıyev
Telegram kanalımız