Sabir Rüstəmxanlının qızından sonra oğlu da boşanır

saytların hazırlanması

Evə çatdırılma

Sabir Rüstəmxanlının qızından sonra oğlu da boşanır

Sosial

24 Fevral 2024 11:42 1836


Deputat Sabir Rüstəmxanlının oğlu arvadından boşanır.

Yenisabah.az qafqazinfo-ya istinadla xəbər verir ki, Cəmil Rüstəmxanlı arvadı Günel Rüstəmxanlı ilə nikahlarının pozulması üçün iddia qaldırıb.

İşə Yasamal Rayon Məhkəməsinin hakimi Gülnar Babazadə baxır. Baxış iclası fevralın 26-na təyin edilib. pizza sifarişi

Günel Rüstəmxanlı sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı İldırım Məmmədovun qızıdır. Onlar 12 il əvvəl ailə həyatı qurmuşdular. Sözügedən toy həmin vaxt gündəm olmuşdu. Rüstəmxanlılarla Məmmədovların quda olması barədə məlumat mediada və sosial şəbəkələrdə sürətlə yayılmışdı.

Xatırladaq ki, bir neçə gün əvvəl Sabir Rüstəmxanlının qızı Aydan Cəfərova-Rüstəmxanlı müğənni əri Elçin Cəfərovdan boşanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!