Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Sabirabadda 38 yaşlı kişi başından baltalandı  - Təfərrüatlar
17 İyl 2020 01:20
732

Sabirabadda 38 yaşlı kişi başından baltalandı - Təfərrüatlar

Sabirabad rayonunun Kürkədi kəndində baltalanma hadisəsi mağazalardan birində baş verib. 

Yenisabah.az xəbər verir ki, rayonun Yolçubəyli kənd sakini, 1982-ci il təvəllüdlü Məmmədov Fuad Abusalam oğlu qohumu tərəfindən başından baltalanıb. 

Ağır kəllə-beyin travması və çoxsaylı xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən yaralının çoxlu miqdarda qan itirdiyi bildirilir. 

Hadisəni törədən şəxs Yolçubəyli kənd sakini, 1976-cı il təvəllüdlü Mövsümov Seyidəli Rəsul oğlu polis tərəfindən saxlanılıb. 

Xəsarət alan şəxs yanacaqdoldurma məntəqəsinin sahibidir. Onu vuran isə  yeznəsinin qardaşıdır. Hadisə şahidlərinin bildirdiyinə görə, F.Məmmədov vurulan zaman qucağında uşaq olub. 

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.  /APA

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər