Sabirabadda təcili yardım maşını yolda qaldı

saytların hazırlanması

Evə çatdırılma

Sabirabadda təcili yardım maşını yolda qaldı

Sosial

09 Yanvar 2023 10:38 652


Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sabirabad rayonunun Türkədi kəndində təcili tibbi yardım avtomobilinin yolsuzluq şəraitində köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. 

FHN-dən Yenisabah.az-a verilən xəbərə görə, həyata keçirilən tədbirlər nəticəsində avtomobilin yedəyə alınaraq təhlükəsiz əraziyə çıxarılması təmin edilib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Şəki şəhərində 2 nəfər azyaşlı evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Pepperoni pizza

Çağırış ünvanına cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən giriş qapısının açılması və nəzarətsiz qalmış uşaqların xilas olunması təmin edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!