Şabranda quduzluqla bağlı araşdırma aparılır - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Şabranda quduzluqla bağlı araşdırma aparılır - RƏSMİ

Sosial

17 May 2023 13:01 699


Şabran rayonunun Qorğan kəndində təsərrüfatlardan birində baş verən hadisə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ciddi nəzarətə götürülüb. 

AQTA-dan Yenisabah.az-a verilən məlumata görə, hadisənin səbəbləri ilə bağlı Agentliyin mütəxəssisləri ilə digər aidiyyəti qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək. Dördpendirli pizza

Xatırladaq ki, təxminən 20-25 gün əvvəl yırtıcı heyvanlar rayonun Qorğan kəndində təsərrüfatlardan birində qoyunlara hücum edib. Təsərrüfat sahibi yaralı qoyunun ətini fermadakı itlərə verib. Bir müddət sonra qoyunlardan 3-nün xəstələndiyini görən təsərrüfat sahibi onları kəsib və özündən ayrı yaşayan övladlarının ailə üzvlərinin iştirakı ilə qonaqlıq təşkil edib.

Bu yaxınlarda isə təsərrüfatdakı heyvanlarda kütləvi xəstəlik qeydə alınıb və 36 baş qoyundan 10-u tələf olub. Bundan sonra yerli dövlət qurumlarına müraciət edilib. 20 nəfər quduzluğa görə nəzarətə götürülüb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!