“Sabunçu“ körpüsü yaxınlığında ölümcül qəza -   DİN-dən xəbərdarlıq + VİDEO

saytların hazırlanması

Evə çatdırılma

“Sabunçu“ körpüsü yaxınlığında ölümcül qəza - DİN-dən xəbərdarlıq + VİDEO

Hadisə

08 İyun 2026 14:51 467


İyunun 6-sı axşam saatlarında Sabunçu rayonu Heydər Əliyev prospekti, "Sabunçu" körpüsünün qarşısında piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "Yeni Sabah"a verilən məlumata görə, hərəkətin intensiv olduğu çoxzolaqlı yolu keçməyə çalışan piyadanı minik avtomobili vurub.

Qurumdan əhaliyə xəbərdarlıq edilib: İnternetdən sifariş

"Piyadalar keçidlərin yaxınlığında, xüsusilə də çoxzolaqlı yolu keçməyə çalışdıqda təəssüflər olsun ki, əksər hallarda nəticəsi bu cür olur. Buna görə də onlar məsuliyyətli və diqqətli olmalı, yolu yalnız keçidlərdən istifadə etməklə keçməlidirlər.  Sürücülər isə sükan arxasında yola diqqət yetirməli, sürət həddinə əməl etməlidirlər".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!