Sədr müavini: Xəzərdə sahil xəttindən 800 metrə qədər geriçəkilmələr var

saytların hazırlanması

Evə çatdırılma

Sədr müavini: Xəzərdə sahil xəttindən 800 metrə qədər geriçəkilmələr var

Sosial

19 Noyabr 2026 12:13 39


Xəzər dənizində mövcud sahil xəttindən faktiki dənizin sahilə təmas xətti arasında bəzi hallarda 800 metrə qədər geriçəkilmələr var.

"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, bunu "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin" İdarə Heyətinin sədr müavini Fərid Cəfərov deyib.

O, Xəzər dənizinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında keçirilən brifində bildirib. Bakıda online alış-veriş

F.Cəfərov qeyd edib ki, 2016-cı ilin avqustun 24-də Nazirlər Kabineti tərəfindən Xəzər dənizinin sahil zolağı müəyyən olunmuşdu:

"Ora sıfır xətti deyirik, yəni dənizin sahillə təmasının sıfır xətti. Buna uyğun olaraq da mühafizə zolaqları 20 və 50 metr sahil xəttindən quruya doğru mühafizə zolaqları müəyyən olunub və mövcud qanunvericiliyə əsasən həmin ərazilər müstəsna dövlət mülkiyyətidir. Sahil zolağı, sahil boyu ərazilərin xəritələşdirilməsi prosesini aparacağıq".

Fərid Cəfərov bildirib ki, bu gün mövcud sahil xəttindən faktiki dənizin sahilə təmas xətti arasında bəzi hallarda 800 metrə qədər geriçəkilmələr var:

"Bu da kifayət qədər böyük ərazidir, amma mövcud qanunvericiliklə həmin ərazilər Xəzər dənizinin akvatoriyasına aid torpaqlardır və bu gün də o hüquqi statusunu saxlayır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!