Samuxda quyuya düşən şəxs belə xilas edildi   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Samuxda quyuya düşən şəxs belə xilas edildi - VİDEO

Hadisə

23 May 2026 18:50 94


Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Samux rayonu, Çobanabadlı kəndində vətəndaşın quyuda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb.

Dərhal FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunublar. pizza

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1988-ci il təvəllüdlü Rauf Ələddin oğlu Fərmanlı 20 metrə yaxın dərinliyi olan quyuya düşüb, xəsarətlər alaraq köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrlə vətəndaşı quyudan çıxararaq xilas ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!