Şavkat Mirziyoyev Vaşinqton görüşünün nəticələrini İlham Əliyevin diplomatiyasının qələbəsi adlandırdı

saytların hazırlanması

Evə çatdırılma

Şavkat Mirziyoyev Vaşinqton görüşünün nəticələrini İlham Əliyevin diplomatiyasının qələbəsi adlandırdı

Siyasət

23 Avqust 2026 17:36 24


Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi diplomatiyasının nəticəsi olaraq, Azərbaycan, Ermənistan və ABŞ liderlərinin Vaşinqtonda keçirilmiş tarixi görüşünün nəticələrini qələbə adlandırıb.

"Yeni Sabah" xəbər verir ki, Özbəkistan Prezidenti bunu Azərbaycan-Özbəkistan Dövlətlərarası Şuranın 3-cü iclasında bildirib.

"Ötən ilin avqustunda Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin tarixi görüşünü və Birgə Bəyannamənin imzalanmasını şəxsi diplomatiyanızın parlaq qələbəsi kimi qiymətləndiririk. Sizi bir daha təbrik edir və yeni böyük uğurlar arzulayıram", – deyə Mirziyoyev bildirib. Sezar pizza

Özbəkistan Prezidenti həmçinin qeyd edib ki, Prezident Əliyevin həyata keçirdiyi suveren siyasət ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsinə, eləcə də Cənubi Qafqazda sülh və quruculuq gündəliyinin irəliləməsinə xidmət edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!