Seçkidə uduzdu, seçicilərdən pul yardımı istədi

saytların hazırlanması

Evə çatdırılma

Seçkidə uduzdu, seçicilərdən pul yardımı istədi

Dünya

12 Aprel 2022 02:05 448


Fransada prezident seçkilərində 4.78% səs yığaraq məğlub olan Valerie Pecresse seçki kampaniyasının xərclərini ödəmək üçün seçicilərindən təcili yardım istəyib. 

Yenisabah.az xəbər verir ki, Pecresse seçki kampaniyası zamanı xeyli pul xərclədiyini və 5 milyon avro borclu qaldığını bildirib. Aldığı səsin 5 faizdən az olduğunu bildirən prezidentliyə namizəd bu səbəbdən partiyasının xəzinəsinin seçki xərcləri üçün 7 milyon avroluq dəstəyindən yararlana bilməyəcəyinə diqqət çəkib.

Tərəfdarlarının onun adına açdığı saytdan ianə edə biləcəyini deyən Pecressenin kömək çağırışı "Twitter"də gündəm olub. Dördpendirli pizza

"Twitter" istifadəçiləri, seçkiyə qatılan namizədlər arasında ən varlı şəxs olan Pecresseyə təxminən 10 milyon avroya çatan sərvətini xatırladaraq, “borcunu özün ödə”, “onda daha çox işlə”, “fürsətçilik etmə” kimi sözlərlə reaksiyalar veriblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!