Şəhid ailəsinə verilən təqaüd 600 manata qaldırıldı

saytların hazırlanması

Evə çatdırılma

Şəhid ailəsinə verilən təqaüd 600 manata qaldırıldı

Sosial

13 Yanvar 2023 10:42 621


Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 600 (altı yüz) manat müəyyən edilib.

Yenisabah.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması və “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” fərmana edilən dəyişiklikdə əksini tapıb.

İndiyə qədər bu məbləğ 500 manat idi.  pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!