"Qafqaz regionundakı gərginlik və münaqişə heç bir dövlətin marağında deyil".
Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani deyib.
O, Tehranda səfərdə olan Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşdə ikitərəfli və regional məsələləri müzakirə edib. pizza mizza
Əli Şəmxani Tehran və İrəvanın sabit siyasi-iqtisadi əlaqələrə toxunaraq qonşularla əməkdaşlıq və qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsini İslam Respublikasının xarici siyasətinin dəyişməz prinsipi adlandırıb:
"Mehriban qonşuluq və regional problemlərin sülh yolu ilə həlli üçün birgə səylər İranın əsas tövsiyəsidir".
Ə. Şəmxani Tehran və İrəvan arasında ticarət mübadiləsinin 3 milyard dollara çatdırılmasını "əldə edilə biləcək məqsəd" adlandırıb: "İran və Ermənistanın Şimal-Cənub Nəqliyyat Dəhlizi üzərində yerləşməsi inkişaf üçün aydın perspektivdir".
Ali Milli Təhlükəsizlik Şurasının katibi əlavə edib: "Qafqaz regionundakı gərginlik və münaqişə heç bir dövlətin marağında deyil. Cənubi Qafqaz regionunun coğrafiyasında baş verə biləcək istənilən dəyişiklik gərginlik yarada bilər. Düşmənçilik regionun təhlükəsizliyi və sabitliyi istəyi davamlı dialoq və qarşılıqlı fəaliyyətlə əvəz olunmalıdır.Regional çağırışlara son qoymaq üçün istənilən sərt yanaşma qeyri-məqbuldur. Ümidvarıq ki, Azərbaycan Respublikası və Ermənistan təmkin və nəzakətlə gərginliyi idarə və həll edə biləcək".
Telegram kanalımız