Sənəd yayıldı: Azərbaycan Zəngəzur dəhlizinə ortaqdır

saytların hazırlanması

Evə çatdırılma

Sənəd yayıldı: Azərbaycan Zəngəzur dəhlizinə ortaqdır

Siyasət

13 Avqust 2025 18:21 1741


Avqustun 8-də Vaşinqtonda imzalanmış bəyannamə ilə Azərbaycan Zəngəzur dəhlizinə ortaqdır.

Yenisabah.az Teleqraf-a istinadən xəbər verir ki, bunu İşıqlı Ermənistan Partiyasının sədri Edmon Marukyan deyib.

Siyasətçinin sözlərinə görə, Vaşinqtonda razılaşma ikitərəfli qaydada əldə olunub, ABŞ Prezidenti Donald Tramp sadəcə şahid qismində iştirak edib: pizza hut

“Hakimiyyətimiz Vaşinqtonda imzalanmış bəyannaməni üçtərəfli öhdəlikləri nəzərdə tutan üçtərəfli sənəd kimi təqdim edir. Əslində, Vaşinqtonda imzalanan bəyannamə ikitərəfli xarakter daşıyır, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan tərəfindən imzalanıb, ABŞ Prezidenti Donald Tramp isə burada prosesin şahidi - tərəf və ya zamin kimi yox, məhz şahid kimi çıxış edib.

Sözlərimi sübut etmək üçün sənədin ingilis dilində rəsmi versiyasını təqdim edirəm, burada ABŞ prezidentinin adının yanında “Witnessed by:” (“Şahidin iştirakı ilə”, yaxud “Şahid tərəfindən təsdiqlənmiş” kimi tərcümə olunur) ifadəsi var”.

Marukyan vurğulayıb ki, bu bəyannamə ilə Azərbaycan Zəngəzur dəhlizinin ortaqlarından biridir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!